EnglishFrenchItalianGermanGreekBulgarianCroatianSpanishPolishRussianGeorgianPortugueseUkrainianMacedonianTurkishSlovenianCzechRomanianAzerbaijaniHungarian

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu aramıza müharibəni saldı.

Bu həftələrdə biz, iki illik pandemiyadan sonra, həyatlarını bərpa etmək üçün mübarizə aparanların heyrət dolu baxışlarının fonunda dünya gücləri arasında gərginliyin artdığını izləyirik. Qohumlarımızın və dostlarımızın COVID-dən öldüyünü və hamımızın  həyatınının hansı əziyyətlərlə dəyişdiyinigördük. Pandemiya kədərinin bitəcəyinə ümid etdiyimiz bir vaxt, başqa bir müharibə fərqli siyasət üçün bizim kollektiv mübarizəmizə təcili ehtiyac duyur.

Göründüyü kimi, ictimai diskurs bizi tərəf tutmağa məcbur edir: ya Rusiya imperializmi, ya da NATO ekspansionizmi və ABŞ-ın dominant rolu. İki milliyətçilikdən birini seçməyimizi gözləyirlər. Amma elə hər iki sistem müxtəlif vasitələrlə istismarı təşkil edir və sərhədləri ölümcül alətlərə çevirir. Təsadüfi deyil ki, sərhədlərin yenidən hərbiləşdirilməsi ilk növbədə daha yaxşı həyat axtaran miqrantlara qarşı baş verib. Həm də təsadüfi deyil ki, hazırda tərəflərin heç birinin bəyanatı insanların real həyatlarından narahat deyil.

Şərqi Avropa və həmsərhəd ölkələrdə Aİ, NATO və ya Rusiyayönlü fraksiyaların və partiyaların hamısının neoliberal islahatları həyata keçirməyə can atdıqları bu illərdə saxta müxalifətləri  gördük. Rusiyanı müdafiə edənlərin, eyni zamanda iş yerlərində sosial ədalət və hüquqlara hücum etdiklərini də gördük. Biz Aİ-nin Ukrayna və Gürcüstan kimi ölkələri neoliberal planlarının qulluqçuları kimi inteqrasiyanın gözləmə zalında saxladığını gördük. Biz kişilərin və qadınların Avropa perspektivinin açıqlıq və daha yaxşı həyat olduğuna inandıqlarını gördük. Lakin bütün bu aktorların etdikləri orduları gücləndirərkən, bir yandan da neoliberal istismarçı, irqçi və patriarxal siyasətləri təbliğ etməkdən başqa bir şey deyil. İndi onlar da bu qətliamın məsuliyyətini daşıyırlar.

İndi biz Mərkəzi və Şərqi Avropa ölkələrinin “humanitar səbəblərdən” Ukraynalı qaçqınları qəbul etməyə hazır olduqlarını bəyan etdiklərini görürük. İraq, Əfqanıstan və Suriyadan olan minlərlə miqrantı Aİ-nin şərikli baxışları altında Polşa-Belarus sərhəddindəki meşələrdə donaraq tərk etdikdən sonra ABŞ müttəfiqini razı salmaq istəyən Polşa hökuməti Ukraynadan olan bir milyon qaçqını qəbul edəcəyinə söz verib. Sığınacaqdan siyasi məqsədlər üçün istifadə heç vaxt bitmir. Lakin onsuzda yüz minlərlə Ukraynalı miqrant artıq Polşada yaşayır və anbarlarda, fabriklərdə və evlərdə acınacaqlı maaşla işləyirlər. Müharibənin qarşısını almaq üçün ciddi hərəkət etmək əvəzinə Polşa hökuməti, eləcə də Aİ işçi qüvvəsi çatışmazlığını doldurmaq, qaçqınlardan və yoxsul işçilərdən qazanc əldə etmək üçün müharibəni başqa bir şansa çevirməyə hazırdır.

Biz “yaşıl keçid”in birinci cərgəsində olduqlarını iddia edənlərin sülhdən daha çox NATO-nun genişlənməsinə və gələcək Qərb sərmayələrinə  üstünlük verdiklərini görürük. Biz yüksək dərəcədə çirkləndirici hərbi sərmayələri dəstəkləyənlərin öz qanlı bayramlarını qeyd etdiklərini, təkcə Ukraynadakı insanları deyil, həm də hamımızın gələcəyini təhlükə altına atdığını görürük. Müharibənin burada olması onların günahıdır.

Sanksiyalar siyasəti və iqtisadi müharibə bombardmandan daha az şiddətli olsa da pandemiya və böhran dövründə yaşamaq üçün mübarizə aparan bütün işçilərin, miqrantların, qadınların və kişilərin əksəriyyətinə təsir edəcək. Ukraynanın işğalını Rusiyada çox insan dəstəkləmir. Putinin avtokratik rejiminə müqavimətin, siyasi məhbusların və müxalifətin artdığı bir vaxtda bir çoxları Putin hökumətinin hərəkətlərinə görə məsuliyyət daşıyacaqları ehtimalına görə çaşqınlıq və xəcalət hissi ilə üzləşib.  Rusiyanın işğalı Ukraynaya dağıntı gətirir, lakin müharibəni davam etdirmək üçün daha “demokratik” yol yoxdur. Gördüyümüz odur ki, çürümüş geosiyasi sistemin kökləri insanların müqaviməti ilə sarsılır və qlobal münasibətlər yenidən qurulmağa çalışılır.

Biz Ukraynada müharibənin başlanmasından əziyyət çəkən hər kəsin yanındayıq. Biz Rusiyada Putin rejiminə qarşı çıxanların hamısı ilə çiyin-çiyinəyik. Biz hər iki tərəfdən müharibəyə qarşı çıxanları dəstəkləyirik və deyirik ki, bütün hərbi və iqtisadi qarşılıqlı cavab tədbirləri dərhal dayandırılmalıdır. Bu qırğınlar və gündəlik həyatları üçün mübarizə aparan işçilərin, miqrantların, qadınların və kişilərin həyatına çökən böhran dayandırılmalıdır. Millətçilər bizi parçalayan və sıxışdıran kimlik və maraqlar adı altında öz hərəkətlərini təbliğ edərkən, demokratlar isə kapitalın hər kəsin həyatına hakim kəsilməsini dəstəkləyən boş dəyərlər adı altında daha da münaqişələri alovlandırır.  Biz isə sülh naminə və bu sarsıdıcı müharibəyə qarşı bütün işçiləri, miqrantları, qadınları və kişiləri transmilli siyasətə qoşulmağa çağırırıq.

CLARA Collective (Czech Republic)
Precarious Dis-Connections (Italy)
Solidarity Network – სოლიდარობის ქსელი (Georgia)
Plan C (UK)
LevFem (Bulgaria)
OZZ Inicjatywa Pracownicza (Poland)
Dversia (Bulgaria)
Wish Lesvos (Greece)
Mosawat (Morocco)
Casi sociale ACUM/ Social housing NOW (Cluj, Romania)
Migrants’ Coordination (Italy)
LabourNet (Germany)
Nők Egymásért Mozgalom (Hungary)
Plateforme Africaine de lutte contre l’émigration clandestine (France)
Centre for Theatre of the oppressed POKAZ (Zagreb, Croatia)
Infokolpa (Slovenia)
Jolanta Marxist Collective from Uppsala (Sweden)
عن المنظمة– IKKR (Morocco)
E.A.S.T. (Essential Autonomous Struggles Transnational)
Transbalkanska solidarnost
Worker-Communist Party of Iraq (Iraq)
TMC (Transnational Migrants Coordination)
MACAO center for art (Milano, Italy)
BAK – Seenotrettung in der Linksjugend (Germany)
L’Associazione Fuorimercato – Autogestione in movimento dall’Italia (Italy)
Manifestolibri (Italy)
Laboratorio Smaschieramenti (Bologna, Italy)
Red de feminismos descoloniales (Mexico)
Clandestina Network (Greece)
Kolektiv Z (North Macedonia)
Eco Justice Valandovo (North Macedonia)
The Climate Herald
The 8 March Assembly (Greece)
Unidad Latina en Acción-ULA (Connecticut, US)
Colectiva Tinta Violeta (Venezuela)
Rete Kurdistan (Italy)
Comunità Curda (Italy)
Halkların Köprüsü Derneği (Turkey)
HDK Göç ve Mülteciler Meclisi (Turkey)
Rete antirazzista catanese (Italy)
Comitato NoMuos/NoSigonella (Italy)
Zagreb Solidarity City (Croatia)
Movimiento de mujeres de Kurdistán en América Latina
Casa delle Donne di Milano (Italy)
Union des Femmes Socialistes dès France (France)
Liberty Tree Foundation for the Democratic Revolution (U.S.)
brandfilme (Germany)
collecti.e.f 8 maars (Belgium)
Plattform Radikale Linke (Austria)
MIgrants Social Center (Steki Metanaston) (Athens, Greece)
Network for Social and Political Rights – (Athens, Greece)
Dziewuchy Berlin (Germany)
International Council of Polish Women (Poland)
Lesbiche Bologna (Italy)
IDEA (Cluj, Romania)
Priorità alla Scuola (Italy)
Tranzit .ro Association (Romania)
Left Unity (UK)
Violetki Collective (Bulgaria)
Feminist Mobilizations – 8th March (Bulgaria)
Angry Workers of the World (UK)
Antiwar-Initiative (Norway)
Femiskop Feminist Collective (Azerbaijan)
A world without chemical and biological weapons-www (Iraq)
Life campaign to abolish the death sentence in Kurdistan (Iraq)
Organization Against Weapons of Mass Destruction in Kurdistan (Iraq)
Kurdistan without Genocide (Iraq)
Koncicc (Iraq)
Kurdistan Solidarity Network (UK)
Kurdish People’s Democratic Assembly of Britain (UK)
Kurdish Women’s Initiative (UK)
UK Kurdish Youth Movement (UK)
Kurdistan Solidarity Network (England & Wales)
KSN-Jin (England & Wales)
Antiwar internationalist movement Thessaloniki (Greece)
StopWarOnMigrants assembly Thessaloniki (Greece)
Assembly Against Detentions and Exclusions (Greece)
Bambule Collective (Germany)
Collective Y?! (Baltics-based regional network)
Anarchist Federation section Poznań (Poland)
Anarchist Federation section Wrocław (Poland)
Anarchist Federation section Lódź (Poland)
Staffetta sanitaria di Rete Kurdistan (Italy)
Osservatorio Repressione (Italy)
Carovane Migranti (Italy)
Punto Pace 2022 – Lev Tolstoj (Roma, Italy)
NWRG-odv (Italy)
Peace Dance Festival (Leipzig, Germany)
Yoga and Sport With Refugees (Greece)
Antirassistisches Netzwerk Sachsen-Anhalt (Germany)
Antirassistische Aktion Magdeburg (Germany)
AGITATE! Journal (US)
Libereds (Czech Republic)
A Planeta (Basque Country)
Ecosur en Patagonia (Argentina)
Terra Insumisa Alcamo (Italy)
Bündnis für Offene Grenzen Göttingen (Germany)
Nodo de Derechos Humanos (Mexico)
Antiauthoritarian Movement (Greece)
Free Social space Nosotros (Greece)
Free Social space Votanikos (Greece)
Feminist Peace Collective (Azerbaijan)
Non Una di Meno Reggio Emilia (Italy)
Transform! Europe
Mani Rosse Antirazziste (Italy)
PaneEPapaveri (Italy)
The Trixiewizs Team (Germany)
Solidarisch in Gröpelingen (Germany)
Non Una di Meno Lamezia- Catanzaro (Italy)
Federazione Anarchica Siciliana (Italy)